Bәrzani: " Şiәlәr özlәrini müdafiә haqqına sahibdir"

Neçirvan Bərzani, Türkiyənin Mosul Baş konsulluğuna edilәn hücum ilә bağlı açıqlama verib.

96220
Bәrzani: " Şiәlәr özlәrini  müdafiә haqqına sahibdir"

İraqın şimalındakı Kürd Regional Rəhbərliyinin baş naziri Neçirvan Bərzani, Türkiyənin Mosul Baş konsulluğuna edilәn hücum ilә bağlı açıqlama verib.
Hadisənin törәdildiyi gecə, xarici işlər naziri Əhməd Davudoğlu ilə telefonda danışqığını ifadә edәn Bərzani bildirib ki, Davudoğlu, bizdən konsulluğu ehtimal olunan hücumlara qarşı qorumağımızı tәlәb etdi. Bu danışıqdan sonra baş konsulluğa mesaj göndәrdik. Hər cür köməyə hazır olduğumuzu bildirdik. Diplomatlar vəziyyətlərinin yaxşı olduğunu açıqladılar. Türkiyәnin yardım tәlәbinә biganә qalmarıq. Bizdәn dәstәk istәnmәsi halında әlimizdәn gәlәn yardımı etmәkdә hazırıq.
İŞİD-in kimsənin təxmin etmədiyi qədər qısa müddətdə Mosula nәzarәti әlә keçirdiyini ifadә edәn Bәrzani, bu terror tәşkilatına başqa qüvvәlәrin dә dәstәk verdiyini, Baas Partiyası üzvləri və bəzi bölgəlәrdәki qәbilәlәrdәn dә dәstәk tәmin etdiklәrini vurğulayıb.
Hadisələrin törәdilәcәyinә dair kəşfiyyat məlumatlarını ildә etdikdәn sonra Bağdad hökumətiylə görüşdüklәrini ifadә edәn Bərzani, hərəkətə keçmək üçün gec qalındığını qeyd edib.
Hadisələrin yeganә məsulunun Nuri əl-Maliki olduğunu iddia edən Bərzani, bütün bunlar Bağdadın izlәdiyi səhv siyasət səbəbindәn yaşandı deyә vuğulayıb.
İraq hökumətinin bir başına İŞİD-ә qarşı mübarizәdә uğurlu ola bilmiyәcәyini, beynәlxalq cәmiyyәtin, xüsusi ilә Amerika Birləşmiş Ştatlarının yardımına möhtac olduğunu deyәn baş nazir Bərzani, Şiələrin, özlərini müdafiə etmək üçün silahlanmak istədiklərinə də toxunub. Onların özlәrini müdafiә etmә haqqına sahib olduqlarını, lakin ilk planda problemin siyasi yollardan hәllinә sәy göstәrilmәsinin vacibliyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr