Qurbanqulu Berdimuhamedov Ankarada

Türkmənistan Dövlət Başçısı Qurbanqulu Berdimuhamedov Ankaraya səfər edib.

81881
Qurbanqulu Berdimuhamedov Ankarada

Türkmənistan Dövlət Başçısı Qurbanqulu Berdimuhamedov Ankaraya səfər edib.
Türkdilli ölkələrin zirvə görüşünə gələn Qurbanqulu Berdimuhamedovu Çankaya Köşkündə prezident Abdullah Gül qarşılayıb. Abdullah Gül bildirib ki, “Əlaqələrimizin hər sahədə daha da inkişaf etdirilməsi istiqamətində iradəmizi ortaya qoymalıyıq”. Daha sonra hər iki ölkə başçıları arasında təkbətək görüş keçirilib. İkitərəfli əlaqələri nəzərdən keçirdiklərini vurğulayan Gül , "Türkmənistan ilə yaxşı əlaqələr mövcuddur və iqtisadi sahədə işbirliyi daha da artırılmalıdır deyib. Berdimuhamedov , Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən şərəfinə veriləcək günorta yeməyinə qatılacaq. Daha sonra türk-türkmən iş adamları arasında biznes forumu keçiriləcək. Berdimuhamedov görüşlərdən sonra yenidən Çankaya Köşkündə Abdullah Gülün onun şərəfinə təşkil etdiyi şam yeməyinə qatılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr