Liviyada yeni Baş nazir seçilib

Liviyada müvəqqəti Baş nazir Abdullah əs Sisinin yerinə Əhməd Maatik seçilib.

81423
Liviyada yeni Baş nazir seçilib

Liviyada müvəqqəti Baş nazir Abdullah əs Sisinin yerinə Əhməd Maatik seçilib.
Milli Konqresin ölkənin yeni baş naziri olaraq seçdiyi Əhməd Maatik, Nazirlər Kabinetində keçirilən ilk toplantıda çıxış edərək bildirib ki, “Hökumət olaraq ilk işimiz bütün gücümüzlə terror qrupları ilə mübarizəyə aparmaq olacaq”.
Liviyanın ətraf ölkələr üçün narahatlıq yaratmasına yol verməyəcəklərini vurğulayan yeni baş nazir, onu da deyib ki, İyunun 25-də keçiriləcək parlament seçkilərinin müvəffəqiyyətlə həyata keçməsi üçün hər cür səy göstəriləcək. Bir yandan isə Abdullah əs-Sisin başçılıqı ilə Liviya müvəqqəti hökumətindən 4 nazirin iştirak etdiyi bir heyətin Misirin paytaxtı Qahirəyə gəldiyi bildirilir. Səfərin məqsədi açıqlanmayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr