THY ilǝ artıq Varnaya da uçmaq mümkündür
Bolqarıstanın paytaxtı Sofiyadan sonra turizm mǝrkǝzi Varnaya da İstanbuldan reys başladılıb.
Türk Hava Yolları, reys sayını artırmaqda davam edir.
Bolqarıstanın paytaxtı Sofiyadan sonra turizm mǝrkǝzi Varnaya da İstanbuldan reys başladılıb.
Varnaya ilk uçuşu reallaşdıran Türk Hava Yolları tǝyyarǝsi limanda şǝhǝr orkestrı tǝrǝfindǝn qarşılanıb.
Sǝrnişinlǝrǝ Bolqrıstanın ǝnǝnǝvi çörǝğindǝn ikram edilib.
Varna valisi İvan Portnih, dünyanın ǝn böyük hava yolu şirkǝtlǝrindǝn olan Türk Hava Yollarının Varnaya sǝfǝr başlatmasının bölgǝ iqtisadiyyatına vǝ iki ölkǝ ǝlaqǝlǝrinǝ önǝmli dǝstǝyinin olacağını deyib.
Varna sǝfǝrlǝrilǝ, Türk Hava Yollarının dünyada uçuş reallaşdırdığı mǝrkǝz sayı 252-yǝ çıxıb.
Türk Hava Yollarının baş dirǝktör müavini Әhmǝd Bolat, THY-nin Bolqaristanın turizm mǝrkǝzi Varnaya haftada 4 reysinin olacağını, bunun yaxın zamanda 7-yǝ çıxarılmasını planlaşdırdıqlarını bildirib.
Qeyd edǝk ki, Bolqarıstanın Qara dǝniz sahilindǝ yǝrlǝşǝn Varna, turizm mǝrkǝzi olması ilǝ yanaşı bölgǝ ölkǝlǝrindǝki gǝnçlǝrin tǝhsil almaq üçün seçdiyi önǝmli bir universitet şǝhǝri kimi dǝ tanınıb.
Әlaqәli Xәbәrlәr
İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var
Hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.