Yəməndə gәrginlik

Paytaxt Sana və Mukalla şəhərində ötәn gün baş verən hadisәlәrdә 16 nәfәr ölüb.

66173
Yəməndə gәrginlik

Yəməndə gәrginlik davam edir. Paytaxt Sana və Mukalla şəhərində ötәn gün baş verən hadisәlәrdә 16 nәfәr ölüb. Liman şəhəri Mukallada bir polis mәntәqәsinә edilәn intihar hücum nәticәsindә azı 12 nәfәr hәyatını itirib. Əl-Qaidə üzvü olduğu ehtimal edilәn kamikadzenin içərisinə bomba yerlәşdirilən avtomobili polis mәntәqәsinin yaxınlığında patlatması 15 nәfәrin dә xәsarәt almasına sәbәb olub. Ötәn gün səhər isә paytaxt Sanada Prezident Administrasiyası yaxınlığında bir nәzarәt mәntәqәsinә tәşkil edilәn silahlı hücum nәticәsindә baş verәn qarşıdurmada 3 terrorçu və 1 dinc sakin ölüb. Eyni nәzarәt mәntәqәsinә cümə günü də Əl Qaidə silahlılarının təşkil etdiklәri hücumda 5 əsgər ölmüşdü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr