İraqda,parlament seçkilәri keçirilib

Təxminən 22 milyon seçicinin olduğu İraqda Keçirilәn parlament seçkilәrindә 9 min 12 namizəd yarışıb.

62031
İraqda,parlament seçkilәri keçirilib

İraqda, ötәn gün parlament seçkilәri keçirilib.

Təxminən 22 milyon seçicinin olduğu ölkədə 328 üzvlü parlament seçkilәri üçün 9 min 12 namizəd yarışıb. Seçkinin geyri rәsmi ilk nəticələri , qarşıdakı həftə açıqlanacaq.

Terror təşkilatı Əl -Qaidə ilə әmәkdaşlıq edәn qruplaşmaların nəzarətində olan Fәllucә şəhərinin bütövündә, Ramadinin isә bir hissәsindә seçkilәr keçirilmәyib.

Son dövrdә qanlı hücumların artması səbəbiylə seçkilər zamanı geniş təhlükəsizlik tədbirləri hәyata keçirilib. Ölkədə rәsmi qurumlar bir hәftә tәtil edildi. Tәyyarә reyslәri ötәn gün axşama qәdәr dayandırıldı.

Bütün bu təhlükəsizlik tədbirlərinə baxmayaraq ölkə daxilində törәdilәn şiddət hadisələrində 6 nəfər hәyatını itirib, 18-i xәsarәt alıb.

Şiə və kürd bölgələrində seçkiyə iştirak nisbәti yüksәk olarkәn, Sünni bölgələrdə, terror təşkilatlarının təhdidləri səbəbindən sәs vәrәn seçicilәrin sayının az olduğu qeydә alınıb.

Seçkilərdә iştirak edәn güclü partiyalardan 2-i şiə , 3-ü sünni 1-i də kürd qruplara mәxsusdur.

Baş nazir Nuri Əl –Maliki seçkilәrdәn sonra verdiyi açıqlamada qәlәbә qazanacaqlarının qәti olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr