İlham Әliyev: ‘‘Zəngəzur dəhlizi bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib.

1643072
İlham Әliyev: ‘‘Zəngəzur dəhlizi bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”

Azәrbaycan Prezidenti İlham Әliyev bildirib ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.  Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib.

Müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, habelə yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak edirlər.

İlham Әliyev qeyd edib ki, müharibә bölgәdәki vәziyyәti dәyişdirdi.Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.

İşğal dövründә Ermәnistanla heç bir şәkildә әmәkdaşlıq etmәyәcәklәrini aydın şәkildә ifadә etdiklәrini bildirәn İlham Әliyev deyib: ‘‘Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənub Qafqaz regionun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır’’.

İlham Әliyev bölgәdә hәyata keçirilәcәk nәqliyyat layihәlәrinә dә toxunaraq deyib: ‘‘Zəngəzur Dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır’’.

 



Әlaqәli Xәbәrlәr