Ermənilər Xocavənddə Azərbaycan Ordusuna hücum edib, 1 əsgər şəhid olub, 1-i yaralanıb

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

1553103
Ermənilər Xocavənddə Azərbaycan Ordusuna hücum edib, 1 əsgər şəhid olub, 1-i yaralanıb

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 27-də saat yerli vaxtla 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçu şəhid olub,  bir əsgər isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlərin görüləcəyi bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!



Әlaqәli Xәbәrlәr