Azәrbaycanda “Müharibә vәziyyәti” lәğv edildi

Azərbaycanda Milli ,Məclis Dağlıq Qarabağdakı müharibə səbəbiylə ölkənin bəzi şəhər və bölgələrində tətbiq olunan "müharibə vəziyyətinin" ləğv edilməsinə qərar verdi.

1543876
Azәrbaycanda “Müharibә vәziyyәti” lәğv edildi

Milli Məclis bu gün keçirilən plenar iclasda Prezident İlham Əliyevin "müharibə vəziyyətinin ləğvi" barədə qərarını təsdiqlədi. Azərbaycan ərazilərinin işğaldan xilası üçün ordunun əməliyyata start verdiyi 27 sentyabrda ölkədə "müharibə vəziyyəti" elan edildi. "Müharibə vəziyyəti" dövründə Azərbaycan vətəndaşlarının və əcnəbilərin ölkədəki konstitusion hüquq və azadlıqları mәhz mülkiyyət hüquqları qismən və müvəqqəti olaraq məhdudlaşdırıldı və bəzi bölgələrdə müəyyən saatlarda komendant saatı tətbiq edildi.



Әlaqәli Xәbәrlәr