Ermənilər Kəlbəcərdə evləri yandıraraq ərazini tərk etdilər

Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ile imzalanan müqaviləyə əsasən 27 ildir işğal altında saxladıqları Kəlbəcəri tərk edən ermənilər evləri, ictimai binaları və meşə sahələrini yandırıblar.

1527893

Sosial mediada və Rusiyanın xəbər saytlarında yayımlanan görüntülərdə Kəlbəcərin müxtəlif yerlərində yaşayan ermənilərin getmədən əvvəl bəzi binaları yandırdığını və bəzi tikililəri dağıtdığını göstərir.
Qeydlərdə ermənilərin azərbaycanlıların 27 il əvvəl deməli bir dənə də əşyasını götürə bilmədən tərk etdikləri evlərdən sağlam qalanları damından, qapı-pəncərəsinə qədər sökərək od vurduqları görülür.
Görüntülərdə yalnız evlər deyil, məktəb binaları və ağacların da yandırılması yer alır.
Azərbaycanın qərbində, Ermənistan sərhədində, Dağlıq Qarabağın şimal-qərbində yerləşən Kəlbəcər 1993-cü ildə işğal edildi.
Şəhər mərkəzində və Kəlbəcərin 128 kəndində yaşayan təxminən 60 min azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq ölkənin müxtəlif bölgələrində məskunlaşıb.
Ermənistan işğaldan əvvəl erməni əhalinin olmadığı Kəlbəcərə müxtəlif bölgələrdən erməniləri apararaq qeyri-qanuni olaraq yerləşdirdi. 
Azərbaycan və Ermənistan arasında 10 noyabrda imzalanan müqaviləyə əsasən, Ermənistan ordusu bu gün (15 noyabr) Kəlbəcəri tərk etməlidir.
Müqavilənin elan olunduğu gündən bəri ermənilər Kəlbəcərdəki tikililərə zərər verməyə başlayıblar.

Әlaqәli Xәbәrlәr