Ermənistan ordusu Tərtərdə qəbiristanlıqda mülki şəxsləri atəşə tutub

Ermənistan ordusunun Tərtərdəki qəbiristanlığa endirdiyi zərbələr nəticəsində 4 mülki şəxs ölüb,

1509699
Ermənistan ordusu Tərtərdə qəbiristanlıqda mülki şəxsləri atəşə tutub

Ermənistan ordusunun Tərtərdəki qəbiristanlığa endirdiyi zərbələr nəticəsində həlak olan mülki şəxslərin sayı 4 olub.

Məsələ ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" sosial şəbəkə hesabından məlumat yayıb.

Ermənistanın Terterdəki qəbiristanlığı bilərəkdən hədəf aldığını deyən Hacıyev, burada 3 mülki şəxsin öldüyünü, 3 nəfərin isə yaralandığını qeyd edib.

Hacıyev Ermənistanın humanitar atəşkəsin arxasında gizlənərək terror siyasəti yürütdüyünü, Azərbaycanın  öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxladığını bildirib. 



Әlaqәli Xәbәrlәr