Din xadimlәri Ermәnistan ordusunun Gәncәyә etdiyi hücumu qınadı

Gәncәdә yaşayan din xadimlәri Ermәnistan ordusunun şәhәrә tәşkil etdiyi hücumu qınadı.

1509080
Din xadimlәri Ermәnistan ordusunun Gәncәyә etdiyi hücumu qınadı

 

Gәncәdә yaşayan din xadimlәri Ermәnistan ordusunun şәhәrә tәşkil etdiyi hücumu qınadı.

Qafqaz Müsəlmanları İdarəsinin Qәrb Bölgә üzrә Tәmsilçiliyi, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsi  və Gəncə Yəhudi Dini İcması Ermənistanın Gəncədə törətdiyi son hadisələrlə bağlı bəyanant yayıb.

Bәyanatda torpaqlarını işğaldan azad etmәk üçün әmәliyyat keçirәn Azәrbaycan ordusuna qarşı mübarizә apara bilmәyәrәk mәğlub olan Ermәnistan ordusunun mülki vәtәndaşları hәdәf aldığı bildrilib.

Gәncәyә edilәn hücum nәticәsindә çox sayda mülki vәtәndaşın hәyatını itirdiyi vә yaralandığı, hәmçinin çox sayda evin dә dağıldığı bildirilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Biz Gәncә şәhәrinә edilәn hücumu qınayırıq’’.

Qeyd edәk ki, 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Ermәnistan atәşkәsә baxmayaraq oktyabrın 11-dә Azәrbaycanın Gәncә şәhәrinә hücum etmişdi, nәticәdә 10 nәfәr hәyatını itirmişdi, 35 nәfәr dә yaralanmışdı.

 

 

 



Әlaqәli Xәbәrlәr