Mövlud Çavuşoğlu: "Azərbaycanla birgə mübarizəmizi davam etdirəcəyik"

Azərbaycanda səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

1503827
Mövlud Çavuşoğlu: "Azərbaycanla birgə mübarizəmizi davam etdirəcəyik"
cavusoglu-aliyev1.jpg
cavusoglu-aliyev.jpg
cavusoglu-bayramov.jpg

Azərbaycanda səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Çavuşoğlu daha sonra Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirib. 

Görüşdə Dağlıq Qarabağdakı son durumla gündəlikdəki refional və beynəlxalq mövzular ətrafında fikir mübadilsi aparılıb.

Çavuşoğlu görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib:

"Məğlub vəziyyətə düşən Ermənistan mülki əhaliyə və obyektlərə hücum edir. Bu insanlıq cinayətidir, Ermənistanın çarəsiz vəziyyətə düşdüyünün sübutudur.  ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr işğala məruz qalanla, işğalçı arasında fərq qoymur: Belə davam etməyəcəyini bütün dünya anlamalıdır. Ermənistan beynəlxalq hüququ tapdalayaraq Orta Şərq regionunda yaşayan erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına köçürür. Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər. Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləməsi üçün Azərbaycanla birgə mübarizəmizi davam etdirəcəyik.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov isə deyib ki, biz sona kimi erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması istiqamətində mübarizəmizi aparacağıq. Ermənistan silahlı bölmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır və bu, Azərbaycan üçün qırmızı xətdir: Biz bu istiqamətdə işlərimizi sona qədər aparacağıq.

Digər tərəfdən, Xarici İşlər naziri M.Çavuşoğlu Azerbaycana səfəri ilə bağlı "TRT Haber"ə verdiği açıqlamada "Azərbaycana dəstəyimizi Bakıdan dilə gətirmək üçün gəldik. İşğal altındakı torpaqların azad edilməsində Azərbaycan qərarlıdır. Məsələni beynəlxalq ictimaiyyət qarşısında da izləyəcəyik" deyə bildirib.

Nazir Çavuşoğlu Azərbaycanın öz torpaqlarında Ermənistan terroru ilə mübarizə apardığını bildirərək "Çarəsi bəllidir, Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilməsi lazımdır" deyə vurğulayıb.

Türkiyənin həll prosesində yer almaq istədiyini və hər şərtdə qardaş Azərbaycanın yanında olmağa davam edəcəyini bildirən Çavuşoğlu " Problemin həllində ən çox Rusiyanın töhfə verməsi lazımdır. Bunu nə qədər etdi, hamı bilir. Biz daha çox töhfə vermək istəyirik. Birlikdə çalışmağımiz lazımdır" deyə bildirib.



Әlaqәli Xәbәrlәr