Azәbaycan ordusu Cәbrayılın üç kәndini dә işğaldan azad edib

Azәrbaycan ordusunun işğal altındakı torpaqları azad etmәk üçün hәyata keçirdiyi әmәliyyatlar nәticәsindә Cәbrayılın 3 kәndi vә bәzi strateji әhәmiyyәtә malik yüksәkliklәri azad edildi.

1503598
Azәbaycan ordusu Cәbrayılın üç kәndini dә işğaldan azad edib

Azәrbaycan ordusunun işğal altındakı torpaqları azad etmәk üçün hәyata keçirdiyi әmәliyyatlar nәticәsindә Cәbrayılın 3 kәndi vә bәzi strateji әhәmiyyәtә malik yüksәkliklәri azad edildi.

Dünәn gün әrzindә davam edәn qarşıdurmalar nәticәsindә Cәbrayılın Şıxәli Ağalı, Sarıcalı vә Mirzә kәndlәri işğaldan azad edilib.

Azәrbaycan әsrgәlәri cәbhәnin müxtәlif nöqtәlәrindә bir neçә strateji әhәmiyyәtә malik yüksәkliyi dә işğaldan azad edib.

Azərbaycan prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.

Azәrbaycan prezidenti  bu sözləri yazıb: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman Ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!"

Azәbaycan ordusu Ermәnistana mәxsus 3 raket mәrmisini vә 3 tankı mәhv edib.Azәrbaycan ordusu irәlilәmәyә davam edir. Ermәnistan ordusu da mülki yaşayış mәntәqәlәrinә hücum edir.

Gәncә,Tәrtәr, Ağdam, Ağcabәdi,Beyleqan, Göygöl,Bәrdә vә Göranboy rayonları atәşә tutulub

Bәrdә vә Ağdama edilәn hücumlar nәticәsindә 2 mülki vәtәndaş hәlak olub.

Digər tərəfdən, Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə bombalı hücumunun görüntüləri ortaya çıxıb.
Kadrlarda erməni qüvvələri tərəfindən atılan bombanın gəncəlilər işləyərkən və ya alış-veriş edərkən düşdüyü görülür.
Ticarət mərkəzinin ən işlək saatında həyata keçirilən hücumda mərkəzin vurulduğu ərazidə yanğın baş verdiyi, mağazaların şüşələrinin qırıldığı və insanların yaralandığı görünür.

Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytının xəbərinə görə, DTX tərəfindən Azərbaycan əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib.

Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

Digәr tәrәfdәn Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo, Rusiya xarici işlәr naziri Sergey Lavrov vә Fransa xarici işlәr naziri Jan-İv Le Drian birgә bәyanat imzalayaraq tәrәflәrә atәşkәslә bağlı çağırış ediblәr.

Rusiya prezidenti Vladimir Putin Ermәnistan Baş naziri Nikol Paşinyan, xarici işlәr naziri Sergey Lavrov isә azәrbaycanlı hәmkarı Ceyhun Bayramovla telefon әlaqәsi saxlayıb.

 

 

 

 



Әlaqәli Xәbәrlәr