Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

1497903
Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib. Bəyanatda  qeyd olunub ki,Ermənistan tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Nazirlikdən həmçinin bildirilib ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

''Quru qoşunlarının, tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edilib'' deyə bildirilən bəyanatda cəbhə xəttinin müxtəlif istiqamətlərində Ermənistana məxsus 12 ədəd ''OSA'' zenit-raket sisteminin məhv edildiyi vurğulanıb.

Bəyanatda Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopterinin vurulduğu və ekipaj üzvlərinin sağ olduğu da bildirilib.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın mülki vətəndaşlara qarşı hücumları ilə bağlı bildirib ki, Ermənistanın  başlatdığı hücum nəticəsində şəhid və yaralılarımız var. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan ordusuna məxsus hərbi texnikanı məhv etdik. Ermənistan işğal etdiyi torpaqlarımıza qeyri-qanuni şəkildə yerləşməyə çalışır.

Öz torpaqlarını müdafiə etdiklərini bildirən İlham Əliyev deyib: ''Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır''.

Azerbaycan Savunma Bakanlığı, Fuzuli ve Cebrayıl bölgelerinde 6 köyün Ermenistan işgalinden kurtarıldığını açıkladı.

Azərbaycan Müdafiə Nazirliyi Fizuli və Cəbrayıl rayonlarının 6 kəndinin işğaldan azad edildiyini açıqlayıb.

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

 

 

 



Әlaqәli Xәbәrlәr