BMT: Ukraynada 10 mindən çox mülki vətəndaş həlak oldu

BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk Rusiya ilə müharibənin davam etdiyi Ukraynada 10 min 500-dən çox mülki şəxsin öldüyünü, 20 mindən çox insanın isə yaralandığını bildirib.

2123836

Volker Türk BMT İnsan Haqları Şurasının 55-ci Sessiyası çərçivəsində "Ukraynada insan haqları" başlığı altında dərc olunan BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) hesabatı ilə bağlı interaktiv dialoq toplantısı təşkil edib. 

Yığıncaqda video-mesajı yayılan V.Türk Ukraynada 10 min 500-dən çox mülki vətəndaşın öldürüldüyünü, 20 mindən çoxunun isə yaralandığını bildirib və real rəqəmlərin daha çox ola biləcəyini vurğulayıb.

Volker Türk ötən həftədən etibarən Ukrayna daxilində qarşıdurmaların artdığını və ukraynalı uşaqların öz dillərində təhsil almaq hüququndan məhrum edildiyini bildirib. 

Rusiya silahlı qüvvələrinin son 2 ildə işgəncə və əsassız həbslər də daxil olmaqla, beynəlxalq insan haqları və humanitar hüququ geniş şəkildə pozduğunu bildirən V.Türk “Ukrayna tərəfdarı” kimi qəbul edilən insanların hədəf alındığını deyib.

Sözügedən müharibəni bitirməyin vaxtının gəldiyini vurğulayan V.Türk müharibənin vurduğu zərbənin aradan qaldırılmasının vacibliyinə diqqət çəkib.

Әlaqәli Xәbәrlәr