Türk Xəbər Agentlikləri Alyansı

Kubanıçbek Ömüralıyev region ölkələrinin xəbər agentliklərinin yeni alyans quracağını bəyan edərək dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparacaqlarını bildirib.

2060955
Türk Xəbər Agentlikləri Alyansı

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev region ölkələrinin xəbər agentliklərinin yeni alyans quracağını bəyan edərək dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparacaqlarını bildirib.

İstanbulda keçirilən Türkdilli Dövlətlərin Xəbər Agentliklərinin Media Zirvə görüşünün açılışında çıxış edən Ömüralıyev türk dövlətləri arasında əməkdaşlığın bölgənin sülhü və inkişafı üçün böyük əhəmiyyət daşıdığını və türk dövlətləri arasında media alyansının yaradılması üçün də sənəd imzalayacaqlarını bildirib.

Temasının “Mediada Birlik və Gələcəyə Baxış” olduğu bildirilən görüşdə “Türk Dünyasında Agentlik Jurnalistikasının Yeni Gündəmləri” və “Türk Dünyasının Gələcəyə Baxışı: Yeni Əməkdaşlıq Sahələri” adlı panellər keçiriləcək. .

Görüşün sonunda Anadolu Agentliyi (AA), Azərbaycan Dövlət Xəbər Agentliyi (AZƏRTAC), Qırğızıstan Milli Xəbər Agentliyi (Kabar), Özbəkistan Milli Xəbər Agentliyi (UzA) və Qazaxıstandan (Qazcontent) arasında birlik sazişinin imzalanacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr