Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşü keçirilir

Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının 10-cu Zirvə görüşü keçirilir.

2059712
Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşü keçirilir
Astana.3.jpg

Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının 10-cu Zirvə görüşü keçirilir.

Görüş “Türk Əsri” çağırışı altında baş tutacaq.

Ortaq tarixi və mədəni dəyərlərə malik türk dövlətlərinin bir araya gələrək yaratdığı təşkilat türk dünyasının inteqrasiyasını hədəfləyərkən, üzv ölkələrlə iqtisadiyyatdan siyasətə, mədəniyyətdən turizmə, təhsildən idmana qədər müxtəlif sahələrdə əməkdaşlığa zəmin yaratmaq üçün fəaliyyətlər həyata keçirir. 

Qazaxıstanın paytaxtı Astanada 10-cu dəfə bir araya gələn TDT Sammitində Türkiyeni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edir.

Sammitin əsas mövzusu “Türk Əsri” olaraq müəyyən edilib. Sammitdə Təşkilatın mühüm gündəliyi, liderlərin bir sıra mühüm məsələlər üzrə qərarların qəbul ediləcəyi, iqtisadiyyat, ticarət və digər sahələrdə TDT layihələri ilə bağlı müxtəlif razılaşmaların və rəsmi sənədlərin yekunlaşdırılacağı yüksək səviyyəli platforma yaradılması mövzuları müzakirə olunacaq.

Təşkilatın növbəti sədrliyinin Özbəkistandan Qazaxıstana keçəcəyi Sammit proqramının sonunda dövlət başçıları bir sıra qərarlarla birlikdə Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

2009-cu il oktyabrın 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyenin imzaladığı Naxçıvan müqaviləsi ilə yaradılan TDT 14 ildə təxminən 5 milyon kvadrat kilometr ərazisi ilə üzv ölkələrlə türk dünyasının geosiyasi mövqeyini gücləndirən beynəlxalq təşkilata çevrilib. 

12 noyabr 2021-ci il tarixində İstanbulda keçirilən 8-ci Liderlər Zirvə toplantısında Türk Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” adlandırılıb. 2019-cu ildə Bakı Sammitində Özbəkistanın iştirakı ilə üzvlərinin sayı 5-ə yüksələn TDT-yə Türkmənistan, Macarıstan və Şimali kıbrıs (Kipr) Türk Respublikası “müşahidəçi” kimi daxil edilib.

Mənzil qərargahı İstanbulda yerləşən TDT, həmçinin Birləşmiş Millətlər (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ümumdünya Gömrük Təşkilatı (WCO) kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 

Fevralın 6-da Türkiyedə baş verən zəlzələlərdən sonra martın 16-da Ankarada keçirilən TDT Fövqəladə Zirvə toplantısında bir araya gələn liderlər yaxın və səmimi şəkildə Türkiyenin yanında olduqlarını güclü şəkildə bildiriblər.

Sözügedən sammitdən sonra imzalanan Ankara bəyannaməsində “fəlakətin idarə edilməsi” məsələsi TDT-nin yeni əməkdaşlıq sahələrindən biri kimi müəyyən edilib.



Әlaqәli Xәbәrlәr