“Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin və Türkiye Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, “Türkiye-Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib.

2034519
“Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib

Sentyabrın 6-da Ankarada Türk Ağsaqqalları Birliyi - TAİB və Türkiyedəki Azərbaycan İş İnsanları Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və Türkiye Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, “Türkiye-Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib.

Qərbi Azərbaycan İcmasının sədr müavini, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi, deputat Ramil Həsənin moderatorluğu ilə Ankarada “Şeraton” oteldə baş tutan konfransda əvvəlcə Türkiye və Azərbaycanın dövlət himnləri səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə təşkilatçılar tərəfindən hazırlanmış "Heydər Əliyevin 100" və Türkiye Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Türk Ağsaqqalları Birliyi - TAİB-in sədri, professor Sudeif İmamverdiyev və Türkiyedə Azərbaycan İş insanları Birliyinin rəhbəri Elşən Quliyevin salamlama nitqinin ardınca konfransın çıxışlar hissəsinə keçid alınıb.

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında Türkiye - Azərbaycan münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlardan bəhs edərək Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın Prezidenti  İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasındakı proseslərin taclandırıldığını vurğulayıb. Türkiye parlamentinin sədri onu da qeyd edib ki, Azərbaycan-Türkiye münasibətlərinin bugünkü ürəkaçan səviyyəsi Türkiye yüz ilinə böyük töhfədir, həmçinin türk dünyasının yeni yüz ilinin başlanmasının da təməlini qoyur.

Daha sonra çıxış edən Azərbaycan parlamentinin Səhiyyə komissiyasının sədr müavini, Azərbaycan-Türkiye parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov, SETA Akademiyasının dorektoru, professor Fərhad Pirinççi, Erciyez Anadolu Holdinqin rəhbəri Baki Ertekin, “SOCAR-Türkiye”nin baş direktoru Elçin İbadov Türkiye-Azərbaycan qardaşlıq əlaqələrinin bütün türk dünyasına nümunə olduğunu qeyd edərək prezidentlər arasındakı sarsılmaz dostluq münasibətlərinin ümumi inkişafa töhfə verdiyini vurğulayıb, əlaqələrin təkcə siyasi müstəvidə deyil, bütün sahələr üzrə dinamik inkişafda olduğunu qeyd ediblər.



Әlaqәli Xәbәrlәr