Azərbaycan müdafiə naziri Türkiyedə səfərdədir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti İstanbulda Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edir.

2015968
Azərbaycan müdafiə naziri Türkiyedə səfərdədir

İstanbul şəhərində “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işinə başlayıb.

Türkiye Cümhuriyyəti Prezident Administrasiyasının himayəsi ilə və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də iştirak edir.

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Eyni zamanda stenddə Ümummilli Lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ulu Öndərə həsr edilmiş “Heydər Əliyev” guşəsi də yaradılıb.

Sərgi zamanı Azədrbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyenin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini iyulun 28-dək davam etdirəcək.



Әlaqәli Xәbәrlәr