Özbəkistanda Mirziyoyev yenidən prezident seçildi

Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev iyulun 9-da keçirilən prezident seçkilərində 87,05 faiz səslə qalib gələrək 7 illiyinə yenidən prezident seçilib.

2009143

Bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev bildirib.

O qeyd edib ki, Ş.Mirziyoyev bu nəticə ilə yenidən Prezident seçilib. Liberal-Demokrat Partiyasının lideri olan Şavkat Mirziyoyevin namizədliyini Sahibkarlar və işgüzar insanlar Hərəkatı irəli sürüb.

Məlumata görə, digər iddiaçılar - Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini, “Ədalət” - Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Robaxon Maxmudov 4,43 faiz, Xalq Demokrat Partiyasının namizədi Uluqbek İnoyatov Abdşukur Xamzayev 3,74 faiz səs toplayıb.

Nizamhocayev əlavə edib ki, indiyədək seçki pozuntuları ilə bağlı heç bir şikayət daxil olmayıb.

Әlaqәli Xәbәrlәr