Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyenin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

2007418
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyenin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Hakan Fidanı Türkiyenin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev ona fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana dövlət səfərini ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin nümunəsi kimi qiymətləndirib.

Təbrikə görə minnətdarlığını bildirən Hakan Fidan həm çalışdığı əvvəlki vəzifələrdə, həm də hazırda xarici işlər naziri kimi Azərbaycan ilə Türkiye arasındakı qardaşlıq və dostluq münasibətlərinin inkişafını daim rəhbər tutduğunu qeyd edib. Türkiyenin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvət olunmasına görə təşəkkürünü bildirib.

Hakan Fidan Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə dövlət başçısını təbrik edib və bununla da Azərbaycanın çox önəmli prosesə rəhbərlik etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının təsisatlanması prosesində ölkənin gördüyü işlər, həmçinin sədrlik prosesi barədə məlumat verib.

Söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi də aparılıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışıb.

Görüşdə Türkiye-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edilib.



Әlaqәli Xәbәrlәr