Qazaxıstanda keçirilən seçkilərin ilkin nəticələri

Qazaxıstanda keçirilən seçkilərdə hakim "Amanat" partiyası 53,46% səs toplayıb.

1962205
Qazaxıstanda keçirilən seçkilərin ilkin nəticələri

Qazaxıstanda keçirilən seçkilərdə hakim "Amanat" partiyası 53,46% səs toplayıb.

Vlkədə keçirilən seçkilərin nəticələrinə görə, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə daxil olacaq.

Qazaxıstan "Xalq" Partiyası 6,25%, "Ak Jol" ("İşıqlı yol") Demokratik Partiyası - 7,87%, "Aul" ("Kənd") partiyası - 10,52%, sahibkarlar qrupunun yaratdığı "Respublika" partiyası 8,9% səs toplayıb.

Həmçinin ilk dəfə olaraq müxalifətdə olan "Milli Sosial Demokrat" Partiyası 5,31% səslə parlamentə daxil ola biləcək. Qazaxıstanın Yaşıllar Partiyası "Baytak" 3,22% səs toplayaraq tələb olunan 5%-lik baryeri keçə bilməyib.

Seçkilərin yekun nəticələrini Qazaxıstan Mərkəzi Seçki Komissiyası 10 gün ərzində elan edəcək.

Qeyd edək ki, Qazaxıstan xalqı 5 il müddətinə Məclis və yerli məclislərdə fəaliyyət göstərəcək deputatları seçmək üçün martın 19-da seçki məntəqələrinə gedib. Səsvermə prosesinin başa çatdığı ölkədə səslərin hesablanması davam edir.

Seçkilərdə iştirak nisbəti 54,19 faiz olaraq açıqlanıb.



Әlaqәli Xәbәrlәr