Prezident Ersin Tatar Avrasiya İqtisadi Zirvəsində çıxış edib

Prezident Tatar İstanbulda cari il 26-cı keçirilən “Avrasiya İqtisadi Zirvəsi”ndə çıxış edib.

1959687
Prezident Ersin Tatar Avrasiya İqtisadi Zirvəsində çıxış edib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatar Şərqi Aralıq dənizindəki enerji resuslarının yalnız əməkdaşlıq şəraitində araşdırılaraq beynəlxalq bazarlara çatdırılacağı təqdirdə hər iki tərəfə fayda verəcəyini bildirib.

Prezident Tatar İstanbulda cari il 26-cı keçirilən “Avrasiya İqtisadi Zirvəsi”ndə çıxış edib.

Ersin Tatar fevralın 23-də Cənubi Kıbrıs Rum Administrasiyasının  rəhbərliyinə yeni seçilən Nikos Kristodoulides ilə ilk görüşündə Kıbrısda ehtimal olunan bir zəlzələ zamanı iki tərəf arasında təcrübə mübadiləsi və iki tərəf arasında birgə komitənin yaradılması kimi məsələləri müzakirə etdiklərini bildirib. 

Kıbrısda fikir ayrılığı olsa da, iki tərəf arasında əməkdaşlığın tərəfdarı olduğunu bildirən Tatar “Kıbrısda bir münaqişə var, bunun Şərqi Aralıq dənizində əksləri var, amma bütün bunları ünsiyyətlə, dialoqla, davamlı ünsiyyət yolu ilə, dünya ictimai rəyi ilə paylaşaraq Kıbrısın həm siyasətinə, həm iqtisadiyyatına, həm də oradakı sabitliyə böyük töhfə verə biləcəyimizi düşünərək bu siyasəti bu şəkildə istiqamətləndirməyə çalışıram” deyib. 

Şərqi Aralıq dənizindəki enerji ehtiyatları mövzusuna da toxunan Tatar "Şərqi Aralıq dənizindəki enerji qaynaqları yalnız əməkdaşlıq içində araşdırılaraq beynəlxalq bazarlara çatdırılarsa, hər iki tərəfə fayda verəcək" deyib.

Tatar deyib ki, münaqişə mədəniyyəti və birtərəfli “mən bunu edirəm” anlayışı ilə heç kim uğur qazana bilməz.



Әlaqәli Xәbәrlәr