Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

1943930
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub

"Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyenin Azərbaycandakı səfirliyində olarkən deyib.

"Bilirəm ki, bizim dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar və bunu biz ancaq alqışlaya bilərik. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır", - Prezident qeyd edib.

Dövlət başçısı deyib ki, Türkiye-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiye və Azərbaycan vətəndaşları da belə görürlər.

Tam əminəm ki, güclü və qüdrətli Türkiye dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiye-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiye və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyenin yanında olmaq bizim üçün böyük şərəfdir.

Bir daha deyirəm, keçmiş olsun, bütün həlak olanlara Allah rəhmət eləsin, yaxınlarına Allah səbir versin və təbii fəlakətlər olur, heç kim bundan sığortalı deyil. Amma Türkiye dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyenin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiye dövlətinin iradəsinə təsir etməyəcək. Türkiye dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir.

Türkiyenin Azərbaycandakı səfiri Cahit Bağcı da səfirliyin inzibati binasında Prezident İlham Əliyevin başsağlığını qəbul edən zaman ziyarət üçün çox Prezident İlham Əliyevə təşəkkür edib:

"Sağ olun, var olun. Biz bilirik ki, qardaş Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olub. Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları, cəmiyyətləri, xalqı ilə səfərbər olmuşdur. Ürəkləri bizim acımızı yüngülləşdirmək üçün döyünmüşdür. Biz bunun şahid olduq, görürük. Çox təşəkkür edirik, sağ olun. 

Yaralarımızı sağaltmaq üçün dəstəyinizə görə çox sağ olun. Biz bilirik ki, qardaşıq və bunu ürəkdən yaşayırıq, hiss edirik. Türkiye də bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır, hörmətli cənab Prezident".



Әlaqәli Xәbәrlәr