Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşü Səmərqənd şəhərində keçiriləcək

Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü keçiriləcək.

1904337
Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşü Səmərqənd şəhərində keçiriləcək

Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü keçiriləcək.

TDT-nin verdiyi məlumata görə, sammitə Özbəkistan prezidenti Şövkət Mirzoyoyev ev sahibliyi edəcək.

“Türk sivilizasiyasının yeni dövrü: Birgə inkişaf və tərəqqiyə doğru” mövzusu ilə keçiriləcək toplantı TDT-nin gündəminin müzakirə ediləcəyi, liderlərin bir sıra qərarlar alacağı, iqtisadi, ticarət, nəqliyyat və gömrük sahələrindəki TDT layihələrilə bağlı razılaşmaların və rəsmi sənədlərin qərara alınacağı bir platforma təşkil edəcək.

TDT-nin ən yüksək səviyyəli platforması olan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşündə liderlər üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

Təşkilatın sədrliyinin Türkiyedən Özbəkistana keçəcəyi sammit proqramının sonunda liderlər TDT Katibliyində rəhbər təyinatları da daxil olmaqla bir sıra qərarlarla Səmərqənd Bəyannaməsini imzalayacaqlar.

TDT Xarici İşlər Nazirləri Şurası sammitin gündəliyi və dövlət başçılarının imzalayacağı sənədlərlə bağlı yekun işləri görmək üçün sabah Səmərqənddə yenidən toplanacaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiye, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.



Әlaqәli Xәbәrlәr