Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan və Türkiyə Prezidentləri Avropaya qaz tədarükünü müzakirə ediblər.

1901478
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyenin yerli istehsalı olan “TOGG” elektromobili almaq üçün sifariş verib.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Prezident İlham Əliyev 2 avtomobil istədiyini söyləyib. 

Qeyd edək ki, noyabrın 2-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Prezident İlham Əliyev Türkiyenin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG”-un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiye sənayesinin yeni uğuru kimi dəyərləndirib.

Telefon söhbətində Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Avropaya qaz tədarükü ətrafında fikir mübadiləsi də aparıb.

“Bizim Azərbaycan qazı ilə bağlı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz xətləri də var. Bu məsələ ilə bağlı Azərbaycana son səfərimdə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdim. Biz oralardan da alacağıq. Bunu TANAP-la alıb gücləndirəcəyik. Bundan başqa, depolama təsisatlarımızı quracağıq”, - dövlət başçısı bildirib.



Әlaqәli Xәbәrlәr