“I Qarabağ Müharibəsində itkin düşən 3890 azərbaycanlının taleyi üzə çıxarılmalıdır”, C.Bayramov

“Twitter” hesabından C.Bayramov yazıb...

1873848
“I Qarabağ Müharibəsində itkin düşən 3890 azərbaycanlının taleyi üzə çıxarılmalıdır”, C.Bayramov

 

  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq ictimaiyyəti Birinci Qarabağ Müharibəsində itkin düşən 3890 azərbaycanlının taleyinin üzə çıxarılması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

  “Twitter” hesabından C.Bayramov yazıb: "30 Avqust Beynəlxalq İtkinlər Günüdür. Ermənistanın təcavüzü nəticəsində 30 ilə yaxındır itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil. Biz beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiqlərə çağırırıq".



Әlaqәli Xәbәrlәr