Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (28 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1820002
Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (28 aprel 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 11 yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 728 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 108 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 88, bu günə qədər isə ümumilikdə 6 milyon 808 min 651 test icra olunub.

Ölkədə son sutkada koronavirus əleyhinə 4451 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3429, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 641 623, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 221, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 223 472, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 466 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr