Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1813997
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 aprel 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 3 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 533 nəfər müalicə olunaraq sağalıb, 9 min 706 nəfər vəfat edib. Aktiv xəstə sayı 126 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 954, bu günə qədər isə ümumilikdə 6 milyon 771 min 851 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 595 242, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 334 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 836 495, üç və daha çox doza vaksin vurduranların sayı 3 187 702, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 551 təşkil edir.



Әlaqәli Xәbәrlәr