Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə...

1803259
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 mart 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 47nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.Azərbaycanda indiyədək ümumilikdə 791 766 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 788 nəfər müalicə olunaraq sağalıb, 9684 nəfər vəfat edib, aktiv xəstə sayı 294 nəfərdir.

Ölkədə son sutka ərzində 2 285, hazırkı dövrədək isə 6 687 581 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 155 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 138, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.Vurulan vaksinlərin ümumi sayı 13 406 075, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 321 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 818 801, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 039 521, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 226 357 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr