Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1802641
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 mart 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 55 yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 741 nəfər müalicə olunaraq sağalıb, 9 min 681 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 313, bu günə qədər isə ümumilikdə 6 milyon 685 min 296 test icra olunub.

Martın 27-də Azərbaycanda yeni növ koronavirus infeksiyası əleyhinə 10 min 95 doza vaksin vurulub.

Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 602, ikinci doza vaksinlərin sayı 1279, üç və daha çox doza vaksinlərin sayı 7607, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 607-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 405 min 920, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 321 min 389, ikinci mərhələ üzrə 4 milyon 818 min 792, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 39 min 383, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 226 min 356-dır.



Әlaqәli Xәbәrlәr