Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1802129
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 mart 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 50 yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər koronavirusun qurbanı olub.

İndiyədək ölkədə ümumilikdə 791 min 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 528 nəfər müalicə olunaraq sağalıb, 9675 nəfər vəfat edib. Aktiv xəstə sayı 451 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2499, bu günə qədər isə ümumilikdə 6 milyon 679 min 287 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 477 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza vaksin vurduranların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 356 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 442, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 763, üç və daha çox doza vaksin vurduranların sayı 3 026 385, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 381 təşkil edir.



Әlaqәli Xәbәrlәr