Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1800816
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 mart 2022)

Azərbaycanda koronavirus (Covid-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 583 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 303 nəfər müalicə olunaraq sağalıb, 9670 nəfər vəfat edib, aktiv xəstə sayı 610 nəfərdir.

Ölkədə son sutka ərzində 2695, hazırkı dövrədək isə 6 673 982 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 6999 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 781, üç və daha çox doza vaksin vurduranların sayı 5542, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 343 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 375 580, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 815 285, üç və daha çox doza vaksin vurduranların sayı 3 015 906, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 224 663 təşkil edir.



Әlaqәli Xәbәrlәr