Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1795235
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 mart 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 53 yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 min 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 585 nəfər müalicə olunaraq sağalıb, 9 mın 618 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 617 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 437, bu günə qədər isə ümumilikdə 6 milyon 635 min 319 test icra olunub.

Martın 14-də Azərbaycanda yeni növ koronavirus infeksiyası əleyhinə 27 doza vaksin vurulub.

Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı - 5, üç və daha çox doza vaksinlərin sayı – 20, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 263 min 773, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 314 min 247, ikinci mərhələ üzrə 4 milyon 803 min 747, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 926 min 687, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 219 min 92-dir.



Әlaqәli Xәbәrlәr