Qazaxıstanda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin əleyhinə imzatoplama kampaniyası

Qazaxıstanda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə son qoyulması tələbi ilə imzatoplama kampaniyası başlayıb.

1785568
Qazaxıstanda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin əleyhinə imzatoplama kampaniyası

Qazaxıstanda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə son qoyulması tələbi ilə imzatoplama kampaniyası başlayıb.

Yerli KİV-in məlumatına görə, ölkənin insan hüquqları və ifadə azadlığı sahəsində fəaliyyət göstərən vətəndaş təşkilatları üzvlərinin başlatdığı kampaniya çərçivəsində verilən açıqlamada “Biz Qazaxıstan xalqı müstəqil dövlətlərin işğalına və ərazi bütövlüyünün pozulmasının əleyhinəyik” deyilib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin pisləndiyi açıqlamada deyilib ki, Ukrayna xalqı üçün narahat olan Qazaxıstan vətəndaşlarının öz fikirlərini bildirmək imkanı olmalıdır. Beləliklə, beynəlxalq ictimaiyyətlə həmrəy olduğumuzu bildirir və Rusiya silahlı qüvvələrini müstəqil Ukrayna ərazisindən çıxmağa çağırırıq.

Qeyd edək ki, fevralın 24-də Qazaxıstanın Almatı şəhərində Rusiya Baş Konsulluğu qarşısında Ukraynaya dəstək nümayişi keçirilib və polis nümayişçilərə müdaxilə edib.



Әlaqәli Xәbәrlәr