Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb.

1778743
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü Bakı vaxtı ilə saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.

Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb.



Әlaqәli Xәbәrlәr