Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1767557
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 yanvar 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 757 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 634 488 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 594 nəfər müalicə olunaraq sağalıb, 8 619 nəfər vəfat edib, aktiv xəstə sayı 13 275 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 145, ötən müddət ərzində isə ümumilikdə 6 070 424 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 3 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 813 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 125, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 729 273, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 870 445 təşkil edir.



Әlaqәli Xәbәrlәr