Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1759114
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 yanvar 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 547 yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 min 49 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 min 537 nəfər müalicə olunaraq sağalıb, 8 min 431 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 81 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 139, bu günə qədər isə ümumilikdə 5 milyon 922 min 366 test icra olunub.

Yanvarın 7-də Azərbaycanda 31 min 844 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 59, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 976 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 809 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 439 min 291, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 178 min 595, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 688 min 646 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 572 min 50 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr