Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1755381
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 dekabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 595 yoluxma faktı qeydə alınıb, 753 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 616 min 947 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 599 min 546 nəfər müalicə olunaraq sağalıb, 8 min 358 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 min 43 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 549, bu günə qədər isə ümumilikdə 5 milyon 853 min 885 test icra olunub.

Dekabrın 12-də Azərbaycanda 28 min 59 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 641, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 109, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 309 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 346 min 166, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 382, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 520 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 264 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr