Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 dekabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 922 yoluxma faktı qeydə alınıb.

1747473
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 dekabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 922 yoluxma faktı qeydə alınıb, 1621 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 605 min 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 578 min 756 nəfər müalicə olunaraq sağalıb, 8 min 123 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 41 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 85, bu günə qədər isə ümumilikdə 5 milyon 694 min 341 test icra olunub.

Dekabrın 14-də Azərbaycanda 34 min 799 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 359, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 153 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 287 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 928 min 879, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 124 min 934, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 622 min 381 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 181 min 564 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr