Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 noyabr 2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...
Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 588 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib, aktiv xəstə sayı 25713 nəfərdir.
Ölkədə son sutka ərzində 12 620, hazırkı dövrədək isə 5 539 284 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus əleyhinə 40 658 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 034, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 28 616 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 527 605, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 079 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 566 911, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 881 345 təşkil edir.