Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 iyul)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 40 nəfər müalicə olunaraq sağalıb, 69 yeni yoluxma faktı qeydə alınıb.

1674196
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 iyul)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 40 nəfər müalicə olunaraq sağalıb, 69 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan 3 nəfər ölüb.

Hazırkı dövrədək ölkədə 337 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 802 nəfər müalicə olunaraq sağalıb, 4987 nəfər vəfat edib. Aktiv xəstə sayı 1534 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 858 min 551 test aparılıb. Bugünkü test sayı isə 6271-dir.

İyulun 12-də Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı 564 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 269, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 295 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 108 min 514-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 475 min 180, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 633 min 334 nəfərdir.



Әlaqәli Xәbәrlәr