Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində (Covid-19) "Delta" variantı aşkarlanıb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində (KKTC) yeni tip koronavirusun (Covid-19) "delta" variantı aşkarlanıb.

1669689
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində (Covid-19) "Delta" variantı aşkarlanıb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində (KKTC) yeni tip koronavirusun (Covid-19) "delta" variantı aşkarlanıb. 

Səhiyyə naziri Ünal Üstel Hindistanda ilk dəfə müşahidə olunan və çox daha asan yoluxan "Covid-19"un "delta" ştammına KKTC-də təsadüf edildiyini açıqlayıb.

Nazir Üstel yazılı açıqlamasında epidemiyanın ciddi bir təhdid olduğunun unudulmamasının vacibliyinə diqqət çəkərək, "Bu mübarizədə ən mühüm silahımız peyvənd və qaydalara əməl etməkdir. Hər zaman söylədiyimiz kimi, xüsusilə izdihamlı yerlərdə maska, sosial məsafə və gigiyena qaydalarına əməl etməyimiz son dərəcə vacibdir" deyib. 

Nazir Üstel ölkə daxilində 221 min 174 "Covid-19" peyvəndinin tətbiq olunduğunu, peyvəndin ilk dozasını qəbul edənlərin sayının 129 min 11, ikinci doza qəbul edənlərin sayının 92 min 163 və sağlamlıq mərkəzlərindəki peyvəndlənmə yaşının 18-ə endiyini açıqlayıb.

Üstel KKTC-də  peyvənd səfərbərliyinə başlandığını və bu ayın sonuna qədər əhalinin 70 faizinin peyvəndlənməsinin tamamlanacağını bildirib.



Әlaqәli Xәbәrlәr