Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb

Dövlət başçısı Ərdoğan 28 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

1658074
Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb
Şuşa-1.jpg
Şuşa-2.jpg
Şuşa-3.jpg

Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb.

Rəsmi səfərlə Azərbaycanda olan dövlət başçısı Ərdoğan 28 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycan Prezidenti ilə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq. İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

Ərdoğan daha sonra Şuşa şəhərini gəzməyə çıxacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfər edib.

Azərbaycana səfər edən nümayəndə heyətində müdafiə naziri Hulusi Akar, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezident sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın yer alır.



Әlaqәli Xәbәrlәr