Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 aprel)
Azərbaycanda "Covid-19"la bağlı son vəziyyət.
1627993
Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 2 245 yeni yoluxma faktı qeydə alınıb, 1 541 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, aktiv xəstə sayı 29 456 nəfərdir.
Ölkədə son sutka ərzində 11 492, hazırkı dövrədək isə 3 189 536 test aparılıb.