Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 fevral)

Azərbaycanda koronavirusdan 155 nəfər sağalıb, 145 yeni yoluxma faktı qeydə alınıb.

1586255
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 fevral)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 155 nəfər müalicə olunaraq sağalıb, 145 yeni yoluxma faktı qeydə alınıb. Götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 232 min 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 227 min 271 nəfər müalicə olunaraq sağalıb, 3190 nəfər vəfat edib. Aktiv xəstə sayı 2175 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 528 min 610 test aparılıb. Bugünkü test sayı isə 7216-dır.



Әlaqәli Xәbәrlәr