Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

1583163
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığında bildirilir:

"Hörmətli cənab Prezident,  

Əziz Qardaşım,

Xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da 13 mülki Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Ceyhun Bayramov bu barədə öz “Twitter” səhifəsində yazıb.

"Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq. Başın sağ olsun, qardaş Türkiyə!", - deyə nazir paylaşımında yazıb.



Әlaqәli Xәbәrlәr