Qars şəhərində “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir

Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.

1581742
Qars şəhərində “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir
Turk-azerbaycan askerleri kars tatbikat.jpg
Turk-azerbaycan askerleri kars tatbikat1.jpg

Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.

Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər.

TürkiyQars şəhərindədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və həmkarı Hulusi Akar təlimləri izləyiblər.

Milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı bildirib ki, Türkiyə və Azərbaycan orduları qarşıya qoyulan tapşırıqları yerinə yetirəcək gücdə olduğunu nümayiş etdirib.

“Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri onlara veriləcək hər cür tapşırığı quruda, dənizdə və havada yerinə yetirəcək gücdə olduğunu göstərib. Biz “bir millət, iki dövlət” məsələsində son dərəcə qətiyyətliyik. Bundan sonra da daima haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olacağımızı bütün dünya bilməlidir”, - deyə H. Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr