Türk Şurası 20 Yanvar faciәsinin ildönümü ilә bağlı paylaşım edib

Türk Şurası ‘‘Qanlı Yanvar’’ faciәsinin 31-ci ildönümü münasibәtilә paylaşım edib.

1567005
Türk Şurası 20 Yanvar faciәsinin ildönümü ilә bağlı paylaşım edib

 

Türk Şurası ‘‘Qanlı Yanvar’’ faciәsinin 31-ci ildönümü münasibәtilә paylaşım edib.

Türk Şurasının rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda deyilir: ‘‘Türk Şurası 1990-cı ilin 20 yanvar tarixindә vәtәn uğrunda canlarını fәda edәn Azәrbaycanın bütün qәhraman övladlarını hörmәtlә yad edir vә әziz ruhları qarşısında baş әyir’’.

1990-cı ilin әvvәlindә ermәnilәrin artan әrazi iddialarına vә Sovet rәhbәrliyinә öz reaksiyasını bildirmәk  istәyәn minlәrlә azәrbaycanlı Bakının Azadlıq meydanına axışdı..

Yanvarın 20-dә  26 min nәfәrlik Sovet ordusu mitinqi dağıtmaq mәqsәdilә Bakının müxtәlif istiqamәtlәrindәn şәhәrә daxil oldu vә aralarında qadın ilә uşaqların olduğu 147 nәfәri qәtlә yetirdi, yüzlәrlә adamı da yaraladı.






 



Әlaqәli Xәbәrlәr